Qadınları Türkiyəyə aparıb orada fahişəliyə cəlb edən şəxsə hökm oxunub.
"Unikal"ın məlumatına görə, Elnarə Zamanova Azərbaycanda tanış olduğu bir neçə qadını yüksək maaşı olan işə düzəldəcəyini vəd edərək Türkiyəyə aparmağa razı salıb.
O, həmin qadınları Türkiyədə fahişəliyə cəlb edib. Bu yolla əldə edilən pulun bir hissəsini də özünə götürüb. Məhkəmədə ifadə verən E. Zamanova özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxslər isə E. Zamanovanın sözləri ilə razılaşmayıb, onları aldadaraq Türkiyədə cinsi istismara məruz qoyduğunu bildiriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Seymur Əli