Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasın Azərbaycana səfərinin tarixi dəqiqləşib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, nazirin Azərbaycana səfəri oktyabrın 18-də baş tutacaq.
O, səfər çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşəcək.
Kostas Skrekasın digər şəxslərlə də görüşü nəzərdə tutulub.