Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin (AST) toplantısı çərçivəsində ilk dəfə  Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel ilə dördtərəfli görüş keçirəcək. 

"Unikal" xəbər verir ki, Paşinyan,  Əliyev Makron və Mişellə dördtərəfli görüş keçirəcək.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan Ermənistanın baş naziri Paşinyanın prezident Ərdoğanla da görüşəcəyini açıqlayıb.

Paşinyan deyib: "Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Praqaya gedirəm. Mənimlə Azərbaycan prezidenti, Fransa prezidenti və Avropa İttifaqı Şurasının prezidenti arasında dördtərəfli görüş planlaşdırılır. Mahiyyətcə sülh gündəliyinin ümumi müzakirəsinə uyğun gələn əsas görüşlər olmalıdır." -deyə o, bildirib. 

17:05

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan parlamentdə "Hökumət saatı"nda bildirib.

Qeyd edək ki, sabah Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək.

***10:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk təkbətək görüş sabah Praqada baş tutacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

"Sabah prezident Ərdoğan Praqada Ermənistanın Baş naziri Paşinyanla ikitərəfli görüş keçirəcək", - nəşr yazıb. 

Sentyabrın sonunda Ərdoğan Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Paşinyanla ilk dəfə görüşə biləcəyini deyib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan müvafiq məlumatı təsdiqləyib. Eyni zamanda o, belə bir görüşlə bağlı heç bir razılaşmanın olmadığını qeyd edib.

Gülayə  Mecid