İslam Respublikasının nüvə proqramının əsas fiqurlarından olan Məhəmməd Rza Seddiqi Saber bu gün səhər saatlarında İsrailin hücumları nəticəsində öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə İran Yayım Korporasiyası məlumat yayıb.
Bildirilib ki, nüvə alimi atəşkəs başlamazdan əvvəl Gilan şəhərinin Əşrəfiyə bölgəsindəki atasının evində qətlə yetirilib.
Bir neçə gün əvvəl onun 17 yaşlı oğlu da İsrailin alimin Tehrandakı evinə hücumu nəticəsində həlak olub.
İki ay əvvəl ABŞ Maliyyə Nazirliyi Məhəmməd Rza Seddiqi Saberə qarşı sanksiyalar elan edib və onun nüvə silahının yayılmasındakı roluna görə sanksiyaya məruz qaldığını bildirib.
Ağarza Elçinoğlu