"Serj Sarkisyanın danışıqlar masasına qoyduğu kağız kapitulyasiya kağızı idi. Bəli, Serj Sarkisyan kapitulyasiya kağızını stolun üstünə qoyub getdi".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentdə çıxışı zamanı deyib.
"1998-ci ildə Robert Köçəryan hakimiyyəti əldə etmək üçün ilkin şərt kimi Qarabağı danışıqlar prosesindən kənarda qoydu və bununla da kapitulyasiyanın təməl daşı qoyuldu. İndi biz bütün bunları keçmişik və indi sülh gündəmindəyik. Mən təsdiq edirəm ki, biz sülh gündəmini qəbul edirik", - Paşinyan əlavə edib.
Ağarza Elçinoğlu