Qazaxıstanın hakim “Amanat” partiyası cari Prezident Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı hakim partiyanın icraçı katibi Ashat Oralov açıqlayıb.
Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri noyabrın 20-si keçiriləcək.