İran böyük itkilərə yol verməmək üçün Qətər hakimiyyətinə ABŞ-ın Əl-Udeyd aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, bu barədə “New York Times” (NYT) öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Tehran Amerikanın İranın nüvə obyektlərinə hücumlarına cavab olaraq simvolik zərbə endirməyə məcbur olub.