İranın müdafiə naziri Əziz Nəsirzadə rusiyalı həmkarı Andrey Belousov ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

İranın müdafiə nazirliyinin rəhbəri Rusiyaya verdiyi dəstəyə görə təşəkkür edib və aydınlaşdırıb ki, Tehran təkcə İsraillə deyil, həm də yəhudi dövlətinin tərəfində olan ABŞ və bir sıra digər ölkələrlə mübarizə aparır.

"Biz bütün gücümüzlə təcavüzkarı cəzalandırmaq və tətbiq edilən sülhü rədd etmək qərarına gəldik", - Nəsirzadə bildirib.