Uqanda Prezidenti Yoveri Museveninin oğlu, Quru Qoşunlarının Komandanı Muhoozi Kainerugaba İtaliyada seçkilərdə qalib gələn və Baş nazir olmağa hazırlaşan ifrat sağçı Giorgia Meloniyə "100 inək müqabilində" evlənmə təklifi edib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter"də paylaşım edib.
Belə ki, prezident oğlu paylaşdığı tvitlərdə İtaliyanın yeni baş naziri olmağa hazırlaşan Giorgia Meloniyə 100 inək qarşılığında evlənmə təklifi edib. Hətta o, nikahı təşkil etməyi dostu, Uqandanın İtaliyadakı səfiri mali Matsantiyə tapşırıb.
"Məncə, Romadan başlamalıyam, amma gömrükdən necə 100 inək alacam?", - deyə o, yazıb. Başqa bir açıqlamada isə İtaliyanı işğal etməklə hədələyən Kaibinrugaba daha sonra bu tvitini silib.
Uqanda prezidenti Yoveri Museveni yayılan tvitlərindən sonra oğlunu vəzifəsindən azad edib.
Kainerugaba daha əvvəl Efiopiyadakı Tiqrey separatçı qruplarına dəstəyini ifadə edərkən, başqa bir tvitində bütün afrikalıların Ukraynadakı müharibədə Rusiyanı müdafiə etdiyini bildirib.
Ağarza Elçinoğlu