Qaxda minik avtomobili yanıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax-Şəki avtomobil yolunun Əmbərçay kənd ərazisindən keçən hissəsində baş verib. Belə ki, Şamaxı  şəhər sakini 1990-cı il təvəllüdlü Nəcəfov Elçin Əlibala oglunun idarə etdiyi "VAZ-21011 " markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.

Hadisə yerinə Qax YMH-nin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı avtomobildə olan 500 kiloqrama yaxın xurma və avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi araşdırılır.

Seymur Əli