Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
"Unikal" xəbər verir ki, görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub.
Ermənistan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Ararat Mirzoyan, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan, Türkiyə tərəfdən xarici işlər naziri Mövlud Çavuşoğlu, Ərdoğanın sözçüsü İbrahim Kalın və xüsusi nümayəndə Serdar Kılıç daxildir.
Bundan əvvəl Azərbaycan, Ermənistan, Fransa prezidentləri və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşünün təfərrüatları hələ məlum deyil.
Qeyd edək ki, bu, Ermənistan və Türkiyə liderlərinin son 13 ildə ilk görüşüdür.
Ağarza Elçinoğlu