Mərhum aktyor Tekin Temelin son rol aldığı "Bir yemin ettim" serialının yayım tarixi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi noyabrın 18-də izləyicilərin ixtiyarına veriləcək. 

"Kanal7" də yayımlanacaq layihədə baş rolları Melik Özkaya ilə Merve Kansu canlandıracaq.

Qeyd edək ki, ötən ay səhər saatlarında çəkiliş meydançasına getməyə hazırlaşan Tekin infarkt keçirərək dünyasını dəyişib.