Gələn aydan etibarən Avto-icbari sığorta sahəsində yenilik ediləcək.
"Unikal" xəbər verir ki, bunu "Xəzər TV"yə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev deyib.
Onun sözlərinə görə, sığorta şirkətləri hadisə zamanı öz müştərisinə sığorta hadisələrinin tənzimlənməsində xidmət göstərəcək.
Dəyişikliyə əsasən, zərəçəkinin sığorta ödənişi avto-icbari sığorta şəhadətnaməsini aldığı sığorta şirkəti tərəfindən ödəniləcək. Belə olan halda isə təqsirli sürücünün növbəti ildə ödəyəcəyi sığorta haqqı aratacaq. Zərərçəkənin sığorta şirkəti sürücünün avtomobilini təmir etikdən sonra ödənişi qarşı tərəfin sığorta şirkətindən alacaq. Baş direktor bildirib ki, bundan sonra avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə şikayət olunan sığorta şirkətlərinin adları da açıqlanacaq.
Ziya Əliyev qeyd edib ki, yol nəqliyyat hadisəsi zamanı zərərin qiymətləndirlməsi üçün müstəqil ekspertlər də cəlb oluna bilər. Bununla bağlı qanunvericilikdə dəyişiklik nəzərdə tutulur
Qeyd edək ki, qaydaları pozan sığorta şirkətlərinə müəyyən sanksiyalar tətbiq oluna bilər.