Astarada torpaq sürüşməsi olub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-ə rayonun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.