Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, qəza zamanı iki minik avtomobili toqquşub.

Nəticədə rayon sakinləri - Gülxas Kazımova və İlahə İbrahimova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır