Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə"Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində binanın 5-ci mərtəbəsində ümumi sahəsi 105 m² olan 5 otaqlı mənzilin eyvanında 4 m² sahədə ev əşyaları yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın söndürülüb.