Bakı Dövlət Universitetinin (BDU) 4 tələbəsi zəhərlənib.
Kliniki Tibbi Mərkəzdən "Unikal"a verilən məlumata görə, suşidən zəhərlənən tələbələrdən biri evə buraxılıb.
Digər 3 nəfərin isə vəziyyətləri orta-ağır olaraq qiymətləndirilib.
Digər 3 nəfərin də sabah ambulator müalicə üçün evə buraxılması gözlənilir. Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.