Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

20:28

İşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.