Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. 

"Unikal" xəbər verir ki, hadisə az öncə Nardaran qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Range Rover" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub. Hazırda sıxılı vəziyyətdə qalan yaralıların avtomobildən çıxarılması üçün işlər görülür.