Nizami rayonunda baş vermiş partlayış nəticəsində 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu yanıq xəsarətləri alıb. 

"Unikal" xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir. 

xxx

09.10.2022 / 00:09

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölən yoxdur.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Ərazidə DİN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.

xxx

23:47

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.

xxx

23:31

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.