Yevlaxda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti dəqiqləşib. 

"Unikal" reporta istinadən xəbər verir ki, Xaldan yolunda qeydə alınan yol qəzası nəticəsində - 1997-ci il təvəllüdlü İ.Kərimzadə, 1983-cü il təvəllüdlü Y.Məmmədova, 1981-ci il təvəllüdlü G.Babayeva, 1983-cü il təvəllüdlü F.Kərimli və daha 3 nəfər xəsarət alıb. 

Xatırladaq ki, hadizə zamanı sərnişinlərdən biri - 1985-ci il təvəllüdlü G.Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

13:29

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal" report-a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.

Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Onlardan bir neçəsi bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.