Salyanda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 06:23-də Şirvan stansiyasından 8 km cənubda Salyan rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Maqnitudası 3.5, dərinliyi 10 km olub.