Bakıda "Şuşa qalası" restoranında qardaşlar dava salıb.
"Unikal" xəbər verir ki, hadiəsə oktyabrın 6-sı saat 23 radələrində baş verib.
Belə ki, Məmmədov Təbriz Əmirxan oğlu qardaşı Nicat Məmmədovla birlikdə restoranda Mustafayev Sirac Xeyrulla oğluna yumruq və təpiklə xəsarətlər yetirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.