Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.
2005-ci il təvəllüdlü T.Qurbanova dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
17 yaşlı yeniyetmə qızın hansı səbəbdən dərman içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.