"Bizim əsgərlərin cəsədləri üzərində qəddarlıqlar görürük".
"Unikal" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
"Ermənistan hərbçiləri azərbaycanlıların meyitləri üzərində zorakılıqlar ediblər. Belə ki, azərbaycanlıların qulaqları kəsilir, başlarına avtomatın qundağı ilə zərbələr endirilir, öldürdükləri insanlar üzərində belə bu davranışları sərgiləyirlər”, - deyə İdarə rəisi bildirib.