Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin əvvəlindən 1.963 sahibkara 90,2 mln. manat, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 mln. manat güzəştli kredit verilib.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.
Nazir qeyd edib ki, güzəştli kreditlərin 68,8%-i aqrarsektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür. Bu kreditlər hesabına 2.100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.a