Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib.
"Unikal"ın məlumatına görə, etimadnaməsini Prezidentə təqdim edən səfir Azərbaycan dilində danışıb. O qeyd edib ki, 6 həftə Gəncədə bir ailə ilə qalıb, Azərbaycan dilini öyrənib.