Bakının Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə marketin qarşısında olub. Yüksək sürətlə hərəkət edən “Chevrolet” markalı avtomobil yolun kənarındakı maşına çırpılıb. Nəticədə yol kənarındakı avtomobilin sürücüsü hadisə yerində həlak olub. 

Qeyd edək ki, “Chevrolet” markalı avtomobilin sürücüsü qadın olub.