Yardımlıda 26 yaşlı gəncin meşədə meyiti tapılıb.
"Unikal" xəbər verir ki, Odurakəran kənd sakini, 1996-cı il təvəllüdlü Zahidov Hakim Qeyrət oğlu həmin kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan özünü asıb.
Onun meyitinin xarici müayinəsi zamanı heç bir xəsarət və zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.