Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə dənizkənarı bulvar ərazisində qeydə alınıb.
Belə ki, T.Məmmədov idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə yolu keçmək istəyən piyada Çingiz Alxasovu vurub. Nəticədə o hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir.