Moskva meriyası “Lukoyl” şirkətinin keçmiş prezidenti, Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov barəsində məhkəməyə müraciət edib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Vahid Ələkbərovun Moskvanın mərkəzində çoxmərtəbəli evin dam hissəsində tikinti işlərinə başlaması olub.
Şəhər rəhbərliyi damda həyata keçirilən genişləndirmə işlərinin dayandırılmasını tələb edir.