Gəncədə avtobusda sərnişin yanıq xəsarətləri alıb.

"Unikal" xəbər verir ki, şəhər sakini Aygün Əliyeva şəhərdaxili marşrut avtobusunda olan zaman istilik sisteminin rezin borusunun partlaması nəticəsində 1-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.