Bərdədə ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, rayonun Qaradəmirçi kəndi ərazisində Eldəniz Qarayev idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə Tünzalə Rəsulovanı və Günel Səlimxanzadəni vurub.

Xəstəxanaya yerləşdirilmiş T.Rəsulova vəfat edib, Günel Səlimxanzadənin müalicəsi davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.