Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.