"Əsas gündəm Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müzakirəsi üçün beynəlxalq mexanizm necə yarada biləcəyimizdən ibarət idi".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib.
“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşünü dövlət katibi Entoni Blinken təşkil etdi, daha sonra ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan mənimlə Azərbaycan Prezidentinin köməkçisi arasında görüş təşkil etdi və biz burada əsasən bir sıra məsələləri müzakirə etdik. Qarabağ məsələsinə gəlincə, əsas gündəm Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müzakirəsi üçün beynəlxalq mexanizm necə yarada biləcəyimizdən ibarət idi. Ümid edirik ki, prosesdə biz bu beynəlxalq mexanizmi formalaşdıra biləcəyik ki, Azərbaycanla hüquq və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparmaq imkanı olsun”.
Qriqoryan deyib ki, onlar həmçinin qrafiki ilin sonuna qədər müəyyən edilən sülh sazişinin şərtlərini, o cümlədən delimitasiya məsələsini müzakirə ediblər. “Yəni ilin sonuna qədər bizim sülh sazişimiz olmalıdır və bir də var idi ki, ilin sonuna qədər delimitasiya aparılsın, yəni sülh sazişi ilə delimitasiya bir-biri ilə bağlıdır" deyə Qriqoryan bildirib.
Gültəkin Ələsgər