Ermənistanda bu gündən əhalinin siyahıya alınması başlayıb.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, ölkədə əhalinin siyahıya alınmasının 2020-ci ildə keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbi ilə proses 2021-ci ilə keçirilmişdi.
Daha sonra Ermənistan hökuməti tədbirin 2022-ci ildə keçirilməsi haqqında qərar qəbul edib. Ölkə qanunlarına əsasən, əhalinin siyhıya alınması hər 10 ildən bir həyata keçirilir.
Siyahıyaalınma oktyabrın 22-də başa çatacaq.