Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə PMD Hospitality arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və “PMD Hospitality” MMC-nin idarə heyətinin sədri Kəmalə Əzizova imzalayıblar. 

"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov imzalanmış memorandumun turizm və qonaqpərvərlik sahəsində geniş istiqamətləri əhatə edəcəyini, peşəkar mütəxəssislərin yetişdirilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini detallı faktlarla isbatladı. 

“PMD Hospitality” MMC-nin idarə heyətinin sədri Kəmalə Əzizova ATMU ilə imzalanan memorandumun hər iki qurum üçün faydalı olacağına əminliyini bildirdi. ATMU məzunlarından 18 nəfərin “PMD Hospitality” MMC-nin müxtəlif qurumlarında uğurlu fəaliyyətindən söz açdı. 

Memorandumda ATMU tələbələrinin “PMD Hospitality” MMC-də könüllü və istehsalat təcrübəsi üzrə   müxtəlif proqramlarda iştirakı, tələbə və məzunlar üçün iş imkanlarının yaradılması, universitetdə təşkil olunan müxtəlif tədbirlərə “PMD Hospitality” MMC əməkdaşlarının dəvət olunması, layihə və tədqiqatların həyata keçirilməsində birgə iştirak, konfransların, təlimlərin, ustad dərslərinin, seminarların təşkili, ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin dəstəklənməsi və digər məsələlər əksini tapıb.