Moskva ilə Kiyev arasında yeni əsir mübadiləsi baş tutub.
"Unikal" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, nəticədə Rusiya 20 hərbi qulluqçusunu geri qaytarıb.
Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, azad edilən hərbçilər arasında Ukrayna Silahlı Qüvvələrinin zabit, çavuş və əsgərləri, ümumilikdə 32 nəfər Ukraynaya qaytarılıb.
Bundan əlavə, Kiyev israilli Dmitri Fialokun cəsədini də qəbul edib.
Ağarza Elçinoğlu