Bakıda avtobus sürücüsü döyülüb.

"Unikal" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, hadisə oktyabrın 12-də saat 20:14 radələrində “Kənan-2000” MMC-nin istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda baş verib.

Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90 VF 933 dövlət qeydiyyat nişanlı avtobus “Koroğlu” NMM-dən Qala-Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istəyib. Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Onlardan 1-i sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirir. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.