"Rusiya ərzaq və gübrəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı taxıl müqaviləsinin ikinci hissəsi “tamamilə” yerinə yetirilmir".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Hələlik bu müqavilənin ikinci hissəsi tamamilə yerinə yetirilməyib. Biz isə daim öz təklifimizi xatırladırıq, yəni 300 min ton gübrə Avropanın müxtəlif limanlarındadır”.
Uşakovun sözlərinə görə, Rusiya gübrəni ən kasıb ölkələr arasında pulsuz paylamağı təklif etsə də, hələlik heç kim bu gübrəni götürə bilmir.
Bundan əvvəl bildirilmişdi ki, BMT baş katibinin müavini Martin Qriffits və BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan taxıl sazişi üzrə danışıqlar aparmaq üçün oktyabrın 16-da Rusiyaya səfər edəcəklər.
Gültəkin Ələsgər