İraqın Nümayəndələr Şurası (parlament) Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib.
"Unikal" xəbər verir ki, bu barədə İraqın “Rudau” telekanalı məlumat yayıb.
Gizli səsvermənin ikinci turunda o, son ana qədər - İraqın hazırkı prezidenti olan rəqibi Bərham Salehdən daha çox səs toplayıb.
Saleh səsvermənin yekun nəticələrini gözləmədən parlament binasını tərk edib.
Gültəkin Ələsgər