Google -un ana şirkəti olan Alphabet, keçən iyun ayında başlayan Aİ-nin antiinhisar araşdırmasından sonra rəqəmsal reklam pozuntularına görə ittihamlarla üzləşə bilər.
"Unikal" xəbər verir ki, İT korporasiyasını bir milyard avrodan çox cərimə gözləyir.
Reuters mənbələrinin məlumatına görə, Avropa Komissiyası araşdırmaya başlayandan sonra Google-un etdiyi güzəştlərdən narazı qalıb. Aİ-də onlar hələ də hesab edirlər ki, Amerika korporasiyasının internet reklamı sahəsində hegemonluğu bazarda sağlam rəqabəti təhdid edir.
Avropa İttifaqının gələn ilin əvvəlində rəsmi ittiham irəli sürəcəyi gözlənilir . O vaxta qədər Google-un münaqişəni məhkəmədən kənar həll etmək imkanı olacaq - yeni iş materialları artıq Amerika texnoloji nəhənginin vəkillərinə göndərilmək üçün hazırlanır.
Yeni cərimə Google-un bu araşdırma çərçivəsində dördüncü cəzası ola bilər. Ümumilikdə, son 10 ildə Aİ antiinhisar işlərində Google-dan təxminən səkkiz milyard avro tələb edib.