Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi oktyabrın 22-dək uzadılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Sonuncu dəfə bu rejim oktyabrın 16-dək uzadılıb.
Belə ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarında uçuşlar təxirə salınıb.
Rusiya hava limanlarının qalan hissəsi adi rejimdə işləyir.
Rusiya Ukraynadakı hərbi əməliyyatlar fonunda fevralın 24-dən hava limanlarının bir hissəsini bağlayıb. Əvvəlcə səlahiyyətlilər martın 2-dək uçuşların həyata keçirilməsinə məhdudiyyət qoyub. Cənubun bir sıra şəhərləri ilə hava əlaqələrinin bağlanması fonunda Rusiya Dəmir Yolları əlavə qatarları istismara vermək qərarına gəlib.
Gülayə Mecid