Dehli hava limanında bomba həyəcanı verilib.
"Unikal" Hindistanın paytaxtının hava limanının açıqlamasına istinadən xəbər verir ki, bu səbəblə təyyarələr limanda saxlanılıb, bu səbəbdən uçuşlarda gecikmələr var.
Qeyd olunub ki, bomba həyəcanı Moskva-Dehli marşrutu ilə uçan təyyarəyə aiddir.
Təyyarənin polis tərəfindən yoxlanması üçün 386 sərnişin və 16 ekipaj üzvü oradan çıxarılıb.
Ağarza Elçinoğlu