Ukrayna lideri Volodimir Zelenski Almaniya mətbuatına verdiyi müsahibəsi ilə diqqət çəkib.
"Unikal" "Ren TV"yə istinadən xəbər verir ki, o, alman jurnalisti ilə təmiz rus dilində danışıb.
Belə ki, Zelenksi ən çox telefon danışığı apardığı ölkələrin liderlərinin adlarını açıqlayıb:
"Mən Consonla (Böyük Britaniyanın keçmiş baş naziri - red. ) yaxın münasibətlərim var. Tək onunla deyil polşalı həmkarım Duda, Latviya və Litva prezidentləri ilə telefon danışığı aparıram. Zəng edə bildiklərim bunlardır. Və Emanuel Makron (Fransa prezidenti- red.) həmişə mənə deyir ki, “sən mənə "WhatsApp"la zəng et".
Bununla yanaşı, Ukrayna prezidentinin üzərində ingilis dilində “come to the dark side” (Qaranlıq tərəfə gəl - red.) ifadəsi olan köynəyi də rus mediasının diqqətindən yayınmayıb.
Gülayə Mecid