Praqada dar çərçivədə görüşdük. Həmin görüşdə Paşinyan (Ermənistan Baş naziri), eyni zamanda İlham bəy (Prezident İlham Əliyev) və Macarıstan Baş naziri Orban (Viktor Orban) da var idi.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin Paşinyanla görüşdə Zəngəzur dəhlizinə üzrə müzakirə aparmalarına dair suala cavabında deyib.
“Ondan sonra bir də təbii ki, nümayəndə heyətləri ilə görüşdük və bu məsələri də müzakirə etdik. Amma Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı mən hər hansı bir problem görmürəm”, - Ərdoğan vurğulayıb.