Göygöl sakini qayadan yıxılaraq ağır xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Bəxtiyar Nadirli dağlıq ərazidən yıxılıb.

27 yaşlı oğlan xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Tural Əhmədov