Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında oktyabrın 9-da baş vermiş partlayışda yaralanan Toğrul Əliyev dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə qafqazinfo-ya onun yaxınları bildirib.
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunmuş 2001-ci il təvəllüdlü Toğrul Əliyevə bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı diaqnozu qoyulmuşdu.