Norveç Ukrayna hərbçiləri üçün artilleriya sursatlarının alınmasına təxminən 19 milyon dollar ayıracaq.
"Unikal" “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.
Onun sözlərinə görə, bu pulla 122 və 152 mm çaplı 17 minə yaxın artilleriya mərmisinin alınması planlaşdırılır.