Şəki şəhərinin Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hərəkətdə olan "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən və hələki şəxsiyyəti məlum olmayan orta yaşlı qadını vurub.

Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.